Natəvan Dəmirçi qızı Atamoğlanova (Natəvan Dəmirçioğlu) 1 noyabr, 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.

1984–1989-cu illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik illərindən Respublika Radiosu ilə əməkdaşlıq edib, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir (1989), kiçik redaktor (1989–1991), redaktor(1991–1994), böyük redaktor (1994–1995), Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri (1995–2022), direktor müavini (2022–2023), 2023-cü ilin aprel ayından etibarən Proqramlar və Koordinasiya qrupunun rəhbəri vəzifəsində çalışır.

2002–2007-ci illərdə BDU-nun doktorantı olub. 2012-ci ildə  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Prezident təqaüdünə (1999, 2010), “Təqəqqi” və “Azərbycan mətbuatının 150 illiyi” medlına layiq görülüb.  Məqalələri Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxıstanda nəşr olunub. BDU-nun müəllimi, DİM-in jurnalistika ixtisası üzrə eksperti, eyni zamanda Teleradio Akademiyasının müəllimidir. Dörd kitab, çox sayda məqalə və bir sıra elmi proqramların  müəllifidir. Əsərləri rus, ingilis, fars, özbək, tatar, türk dillərində nəşr olunub.