Şəmsiyyə Fərhad qızı Əliyeva 14 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub.
1999-ci ildə BDU-nun “Sosial Elmlər və Psixologiya” fakültəsinin “Sossialogiya” ixtisası üzrə bakalavr, 2004-cü ildə isə “İdarəetmənin sosialogiyası” ixtisası üzrə magstr dərəcəsini bitirib.
Radio faəliyyətinə 1998-ci ildən başlayıb. Azərbaycan radiosunun “Uşaq verilişləri redaksiyası”nda “Anasının balası”, “Günəş”, “Navalça”, “Gəl danışaq” və digər verilişlərin ssenari müəllifi və aparıcısı olub.
2012-ci ildə  radionun “Uşaq verilişləri” redaksiyasında redaktor, 2014-cü ildə isə  televiziyanın “Uşaq və gənclik verilişləri” redaksiyasında baş redaktor vəzifəsinə təyin olunub.  
2022-ci ildən böyük redaktor kimi Beynəlxalq radioda fəaliyyətini davam etdirib, daha sonra isə “Cənubi Azərbaycan qrupu”nun rəhbəri təyin edilib. “Yol xəritəsi” verilişinin və hər gün efirə gedən “Azərbaycanın səsi” proqramının müəllifi və aparıcılarından biridir.
2026-cı ilin oktyabr ayında Beynəlxalq radionun direktoru vəzifəsinə təyin edilib.
Bir oğlu var.