Jalə Tofıq qızı Zülfügarova 1977-ci il 3 fevral tarixində Bakı şəhərində anadan olub.
1995-ci ildə “Qafqaz” Universitetinin “Türk Dili və Ədəbiyyatı üzrə Filolog” ixtisasında təhsil alıb, 2000-ci ildə Universiteti bitirib.
İlk dəfə əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Beynəlxalq Radiosunun “Şərq ölkələri üçün verilişlər redaksiyasın”da redaktor vəzifəsində işə başlayıb. Həmin şöbədə redaktor, tərcüməçi, diktor kimi fəaliyyət göstərib.
2017-ci ildən Beynəlxalq Radionun Türk Dili Verilişlər Qrupunda böyük redaktor vəzifəsində çalışıb.
2025-ci ildə Beynəlxalq Radionun direktor müavini vəzifəsinə təyin olunub.