Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nazir Fərid Qayıbov Komissiyanın üzvü kimi görüşdə iştirak edib.
Görüşdə İstanbulda keçiriləcək IV Avropa Oyunlarına hazırlıq işləri müzakirə olunub.
Qeyd edək ki, IV Avropa Oyunları 2027-ci il iyunun 16-dan 27-dək təşkil olunacaq.