Azərbaycanın voleybol üzrə U-16 yığmasının üzvü Əhməd Məmmədli Avropa çempionatının I təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) uğurlu çıxışı ilə fərqlənib.

 

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, Latviyanın paytaxtı Riqada təşkil olunan turnirin yekununda iştirakçı yığmaların ən yaxşı oyunçuları müəyyənləşdirilib.

Milli komandamızın üzvü Əhməd Məmmədli də fərqlənən voleybolçular sırasında yer alaraq mükafatlandırılıb.