Türkiyənin Bodrum və Didim şəhərlərində Azərbaycanın dahi şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Muğla Şeir Festivalı keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr və Kərkükdən olan mədəniyyət xadimləri iştirak ediblər.
Proqram çərçivəsində şeir-musiqi məclisləri və tarixi məkanlara ekskursiyalar təşkil olunub, fərqlənən iştirakçılara diplom və xatirə medalları verilib.
Festival çərçivəsində TRT kanalının nümayəndəsi, tanınmış aparıcı Arzu Yılmaz Dağdemir və jurnalist, ictimai fəal, şair Cahit Günayın Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdikləri “Səməd Vurğun-120. Ayrılarmı könül candan…” adlı qısametrajlı film də nümayiş etdirilib.