Keçmiş təhsil naziri Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.

 

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun 80 yaşı tamam olur.