Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmtəəlik elektrik enerjisi istehsalı 360 133,4 MVt/saat təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artıb.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, istehsal olunan ümumi elektrik enerjisinin 59,7 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb.

Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 145 min 228,8 MVt/saat, su elektrik stansiyalarında 175 min 507,1 MVt/saat, Günəş və külək elektrik stansiyalarında isə 39 min 397,5 MVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 44,6 faiz artıb.