Milli Hidrometeorologiya Xidməti sentyabrın 29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən bildirilib ki, Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.