Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub.

 

Bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.