ABŞ Dövlət Departamenti vətəndaşları Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq ehtiyatlı olmağa çağırıb.
ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir: "Hazırda Yaxın Şərqdə olan amerikalılar xüsusi sayıqlıq göstərməli və uçuşların ləğvi, hava məkanının bağlanması və səyahətlərin pozulması riskindən xəbərdar olmalıdırlar".
Açıqlamada Səudiyyə Ərəbistanına qarşı müharibə aparan husilərin təhdidi xüsusi qeyd edilib.
"Əl-Cəzirə"nin məlumatına görə, xəbərdarlıq İraq, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, İran, Qətər, Livan, Küveyt və İordaniyaya aiddir.