Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

 

Açılış oyununda “Neftçi” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 25-ci dəqiqədə Breno Almeyda, 86-cı dəqiqədə Adeleke Akinyemi və 90+2-ci dəqiqədə Lyubomir Tupta vurublar.

Xallarını 15-ə çatdıran Bakı klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ev sahibləri isə 4 xalla 8-ci sıradadır.

Qeyd edək ki, bu qarşılaşma “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olub.