Avstraliyanın Kvinslend ştatında yerləşən Fitsroy çayı 2032-ci ildə Brisbendə keçiriləcək Yay Olimpiya Oyunlarında avarçəkmə yarışlarının məkanı kimi təsdiqlənib.
Çayda timsahların yaşaması və güclü axının olması ilə bağlı narahatlıqlar mövcud olsa da, Fitsroy texniki ekspertizadan keçirilib.
Kvinslendin Baş naziri Devid Krisafulli bildirib ki, çayın Olimpiya yarışlarının keçirilməsi üçün uyğunluğu təsdiqlənib və Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yarış məkanı kimi təsdiq olunub.
Beləliklə, Fitsroy çayında akademik avarçəkmə, paraavarmə, kayak və kanoe üzrə sprint, həmçinin parakanoe yarışları keçiriləcək.
Qeyd edək ki, 2032-ci il Yay Olimpiya Oyunları Brisbendə iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.