Braziliyalı hücumçu Rafinya “Barselona”nın heyətində mövsümün ilk yeddi oyununda 11 qol vuraraq Lionel Messinin rekordunu yeniləyib.

 

Bu göstərici Kataloniya təmsilçisinin İspaniya çempionatının VI turunda doğma meydanda “Rasinq Santander”i 7:2 hesabı ilə darmadağın etdiyi oyuna təsadüf edib. Qarşılaşmada Rafinya het-trik edib.

Bununla Rafinya yeni mövsümdə bütün turnirlər nəzərə alınmaqla keçirdiyi ilk yeddi matçda 11-ci qolunu vurub. O, bu göstərici ilə Lionel Messinin 2012/2013-cü illər mövsümündəki nəticəsini geridə qoyub. Argentinalı futbolçu həmin mövsümün ilk yeddi oyununda 10 dəfə fərqlənmişdi.

Qeyd edək ki, Rafinyanın hesabında üç məhsuldar ötürmə də var.