“Qaya” Dövlət Ansamblının ifasında yeni konsert proqramı təqdim olunacaq.

 

Proqram çərçivəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanmış yeni işləmələr nümayiş etdiriləcək.

“Arşın mal alan” əsərinin yeni musiqi həllində musiqili komediyanın əsas solo və xor nömrələri çoxsəsli estrada-caz üslubunda təqdim olunur. Bu layihə “Qaya” Dövlət Ansamblının uzun müddətdir üzərində çalışdığı yaradıcılıq istiqamətlərindən biridir.

“Arşın mal alan” fantaziyasının müəllifləri Azərbaycanın Xalq artisti, əfsanəvi “Qaya” Kvartetinin solisti Rauf Babayev və “Qaya” Dövlət Ansamblının artisti, bəstəkar və aranjimançı Nazim Əhmədovdur.

Yeni işləmələrdə Üzeyir Hacıbəylinin ölməz əsərinin musiqi irsi müasir estrada-caz üslubunda təqdim ediləcək.