Qarabağda rayonları birləşdirən iri yol layihələri ilə yanaşı, kənd yollarının da yenidən qurulması davam edir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Xocavənd rayonunda Quzeyxırman və Sos kəndlərinin giriş yolları tikilir.

Yeni yollar kəndlərin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və rahat gediş-gəlişin təmin olunmasına xidmət edir.