Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununa çıxacaq.

 

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderlandla üz-üzə gələcək. Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək.

Qrupun digər görüşündə Rumıniya İspaniyanı sınağa çəkəcək.

Qeyd edək ki, C qrupunun oyunlarına bu gün yekun vurulur. Hazırda Belçika yığması 13 xalla liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncüdür. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.