Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda, Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.