"LANDAU Lions" komandası Azərbaycan millisinin aparıcı üzvlərindən olan Saadettin Donatla müqavilənin müddətini uzadıb.
Bu barədə klubdan məlumat verilib. Bildirilib ki, basketbolçu daha bir il Bakı təmsilçisinin şərəfini qoruyacaq.
Komanda daha əvvəl amerikalı Ceyms Freyzerlə 2, Orelik Gediminas və De Ondre Ceksonla isə daha 1 mövsümlük yeni müqavilə imzalayıb.
Qeyd edək ki, "LANDAU Lions" FIBA Çempionlar Liqasının yeni mövsümünə hazırlıq məqsədilə avqust ayının ilk həftəsinin son günlərində bir araya gələcək və məşqlərə start verəcək.