Artıq yeddi ildir Rusiyada Azərbaycan milli xoreoqrafiya sənətini təqdim və təbliğ edən “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblı Sankt-Peterburqda hesabat konsertini təqdim edib.

 

Tədbirdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Türkiyənin baş konsulu Beşer Başol, Azərbaycan icmasının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, azərbaycanlı tələbələr iştirak ediblər.

Konsertdə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun rəqs qrupu da çıxış edib.

“Xəzər” ansamblının bədii rəhbəri Nurlan Zərbəliyev tamaşaçılara kollektivin 2019-cu ildə təsis edildiyi gündən bəri fəaliyyəti və nailiyyətləri barədə danışıb.

Gecədə Azərbaycanın Əməkdar artisti Xanlar Bəşirovun iştirakı ilə Azərbaycanın zəngin xalq rəqsləri repertuarından ibarət konsert proqramı təqdim olunub.