Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

 

B qrupunda ABŞ Avstraliya ilə qarşılaşıb.

Görüş amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub. 44-cü dəqiqədə Aleks Frimen ikinci qolu vurub.

Xallarını 6-ya çatdıran ABŞ millisi turnir cədvəlinə başçılıq edir.