Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir.
“Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi parlamentin iyunun 12-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.