ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün daha bir oyun keçiriləcək.
B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığmasını sınağa çəkəcək. Torontodakı "Bimo Fild" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.
Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ - Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər - İsveçrə oyunları keçiriləcək.