Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.