Prezident İlham Əliyev mayın 7-də mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 11 nəfərə Prezidentinin fərdi təqaüdü veriləcək.