Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab matçları baş tutacaq.
"Strasburq" Fransada İspaniyanın "Rayo Valyekano", "Kristal Pelas" isə İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İlk görüşlərdə "Rayo Valyekano" 1:0, "Kristal Pelas" isə 3:1 hesabı ilə qələbə qazanıb.