Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda 31 ölkədən ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparır. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edir.
Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında qüvvələrini sınayırlar.
Bu gün, həmçinin kubokun rəsmi açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, Avropa Kuboku mayın 3-dək davam edəcək.