Bizim üçün xüsusi bayramdır. Doğma Qarabağımızda növbəti idman yarışını keçiririk.

 

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında yarışların startından öncə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Sərsəng su anbarında başlayan reqata Suqovuşanda davam edir: "Bu, artıq ənənə halını alıb və bizi çox sevindirir. Yarışlar yüksək səviyyədə təşkil olunub. Bütün iştirakçılarımıza uğurlar arzu edirəm. İnanıram ki, ən güclülər qalib gələcəklər".

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son 2 mərhələsi Mingəçevirdə keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.