Yarışmanın münsiflər heyətinə Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir. 

 

Müsabiqədə 20 gənc və 10 uşaq iştirak edir. 
Bu dəfə münsiflərin qərarı ilə heç bir iştirakçı yarışmadan kənarlaşdırılmayıb. 

Qeyd edək ki, müsabiqə hər həftənin II və IV günləri AzTV və Mədəniyyət TV-də canlı yayımlanır.