Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər.
Bunu TASS agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev söyləyib.
“80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər. “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”, - deyə Rəhman Mustafayev vurğulayıb.